MDU-nun İŞİD-ə qoşulmaq istəyən tələbəsi həbs olundu
28 oktyabr 2015 17:36 (UTC +04:00)

MDU-nun İŞİD-ə qoşulmaq istəyən tələbəsi həbs olundu

0

Moskvanın Lefortovo məhkəməsi İŞİD-ə qoşulmaqda təqsirləndirilən Moskva Dövlət Universitetinin tələbəsi Varvara Karaulova barəsində həbs qərarı çıxarıb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məhkəmə İvanova Aleksandra Pavlovnanı (Varvara Karaulova) Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.5-ci maddəsi (Rusiya ərazisində qanunverciliklə fəaliyyəti qadağan olunmuş terrorçu təşkilatın fəaliyyətində iştirak etmək) ilə təqsirli bilərək, barəsində 1 ay 25 gün müddətinə həbs qətiimkan tədbiri seçib.

 

Qeyd edək ki, Lomonosov adına MDU-nun əlaçı tələbəsi Varvara Karulova bu il mayın 27-də evdən qaçıb. O, İŞİD sıralarına qoşulmaq üçün Türkiyənin Suriyaya keçmək istəyərkən sərhəddə saxlanılıb. Onunla bərabər Türkiyə sərhədçiləri daha 12 Rusiya vətəndaşını saxlayıblar. İyunun 12-də Karaulova İstanbuldan Moskvaya qaytarılıb.

 

Oktyabrın 27-də isə məhkəmə Karaulovanı İŞİD sıralarına cəlb etmək istəyənlər barəsində həbs qətiimkan tədbiri çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 503

Oxşar yazılar