MDB sammitində 16 sənəd imzalanıb
16 oktyabr 2015 14:41 (UTC +04:00)

MDB sammitində 16 sənəd imzalanıb

0
Qazaxıstanda keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində 16 sənəd imzalanıb.

APA-nın “Kazinform”a istinadən verdiyi məlumata görə, bu sənədlərin arasında dövlət başçılarının BMT-nin 70 illiyi, terrorizmlə mübarizə və Çernobl AES-dəki qəzanın 30 illiyi ilə bağlı bəyanatı, miqrasiya, penitensiar xidmətləri rəhbərlərinin şurasının formalaşdırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması kimi məsələlər var.

 

Həmçinin 2016-2020-ci illərdə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi proqramı, MDB Antiterror mərkəzi rəhbərinin təyin olunması, MDB-yə növbəti il üçün sədr ölkənin müəyyənləşdirilməsi və növbəti zirvə toplantısının keçirilməsi kimi məsələlər razılaşdırılıb.

 

Üzv ölkələr 2020-ci ilədək hərbi sahədə əməkdaşlıq Konsepsiyasını da təsdiq edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar