Mayndanda etirazçılara qarşı güc tətbiqinə başlanılıb. Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, hadisə yerində olanlar «Berkut»-çuların mitinqçiləri tutduğunu deyiblər: «Vəhşicəsinə döyürlər. Bura cəhənnəmdir. Mənim yanımda gənc oğlanın başını partlatdılar. Gözümün qabağında 70 yaşlı kişini qanına bulaşırdılar».
Bununla belə oradakı deputatlarla birlikdə etirazçılar müqaviməti davam etdirir. «Azadlıq» Partiyasından olan deputat İlienkoda başından yaralanıb.
«UDAR» Partiyasının lideri, deputat Vitali Kliçko Maydanda bildirib: «Ukraynalılar diktatura istəmir. Mən əminəm ki, biz dəyənəklə susdurulan ölkədə deyil, azad ölkədə yaşamaq haqqını alacağıq. İndi «Berkut» bizi buradan sıxışdırmaq istəyir. Baş verənlərdən sonra biz birmənalı şəkildə prezidentin istefasını tələb etməliyik».
***
05.32
«Berkut» xüsusi təyinatlı dəstənin döyüşçüləri Kiyevdə Kreşatik küçəsində Həmkarlar Evi tərəfdən barrikadaya hücuma keçib.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, «Berkut»çular etirazçıların çadır şəhərciyinə daxil olub. Milis Maydandakı şəhərciyi mühasirəyə alıb.
Ukraynanın tanınmışı müğənnisi Ruslana çıxışı ilə aksiya iştirakçılarını sakitləşdirməyə çalışır.
***
04.48
Daxili qoşunlar Kiyevin Müstəqillik meydanında qurulan barrikadalara Avropa meydanı istiqamətindən hücuma keçib.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, hərbçilər barrikadaları dağıdaraq çadırları sökürlər, etirazçılar isə müqavimət göstərmədən geri çəkilir.
Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları, «Gepard» və «Berkut» xüsusi təyinatlı polis dəstələrinin əməkdaşları etirazçıları sıxışdırır.
İnstitut küçəsi istiqamətindən Maydana ağır texnikanın yeridilməsinə qarşı deputatlar Arsen Yatsenyuk və Vitali Kliçko daxil olmaqla müxalifətdən olan parlament deputatları cərgəyə düzülərək,sədd qurublar.