Maşın dayanacağa çırpıldı: <span style="color:red;">1 ölü, 3 yaralı
03 oktyabr 2014 11:22 (UTC +04:00)

Maşın dayanacağa çırpıldı: 1 ölü, 3 yaralı

0

Bu gün səhər saatlarında Rusiyanın Krasnodar şəhərində “Hyundai” markalı minik avtomobili avtobus dayanacağına çırpılıb. Lent.az-ın “İTAR-TASS”-a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

 

İlkin ehtimala görə, qəzaya sürücü idarəetməni itirməsinin səbəb olduğu deyilir. Sürücü hadisəni törətdikdən sonra ərazini tərk edib.

 

Rusiya polisi hadisəni törətməkdə şübhəli bilinən sürücünün müəyyən edilməsi istiqamətində axtarışları davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1506

Oxşar yazılar