Gürcüstanın Marneuli rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə yeni təyinat olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, əvvəllər rayon Təhsil Resursları Mərkəzinin müdiri işləyən Kamandar İsmayılov bu vəzifəyə təyin edilib.
Kamandar İsmayılov 1960-cı ildə Marneulinin Bəylər kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib. 1991-ci ilə kimi orta məktəbdə müəllim, 1991-1997-ci illərdə dərs hissə müdiri, 1998-1999-cu illərdə Marneuli rayon Təhsil Şöbəsinin müdiri işləyib. K. İsmayılov 1999-cu ildən 2002-ci ilə kimi Marneuli rayon bələdiyyəsinin sədri, 2002-ci ildən 2004-cü ilə qədər Regional Məktəblər İdarəsinin rəis müavini vəzifəsində çalışıb. 2004-cü ildə Marneuli rayon icra hakimiyyəti başçısının müavini, 2004-cü ildə yenidən rayon Təhsil Şöbəsinin müdiri və 20014-cü ildə yenidən rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib. Evlidir. 3 övladı var.