Ukraynanın Mariupol şəhərində hökumət qüvvələrinin terrorçulara qarşı əməliyyatı davam edir.
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, ukraynalı hərbçilər terrorçuların Daxili İşlər Nazirliyinin yerli şöbəsinə hücumunun qarşısını alıb.
Nəticədə 8 nəfər terrorçu öldürülüb.
Qeyd edək ki, Ukraynanın Mariupol şəhərində Şəhər Şurası binasının birinci mərtəbəsində yanğın baş verib.
Şəhərin mərkəzində davam edən atışma nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Yerli separatçılar bildirirlər ki, Daxili İşlər Nazirliyinin yerli şöbəsinin binasını azad etməyə çalışan hökumət qüvvələri ağır texnikadan istifadə edirlər.