Ukraynanın Mariupol şəhərində anti-terror əməliyyatı zamanı 20 nəfər separatçı öldürülüb.
APA-nın məlumatına görə, bu barədə özünün “Facebook” səhifəsində Ukraynanın daxili işlər naziri Arsen Avakov yazıb.
O bildirib ki, terrorçuların bir hissəsi silahları qoyaraq qaçıb və hazırda şəhərin müxtəlif rayonlarında gizlənməkdədir.
Avakov onu da deyib ki, hökumət qüvvələrinin bir əsgəri ölüb, 5 nəfər yaralanıb.