Hindistanın Çhattisqarh ştatında iki basqın nəticəsində azı 12 nəfər həlak olub.
Lent.az-ın “Assoşieyted press”ə istinadən məlumatına görə, basqınçıların maoçu-qiyamçı olduğu ehtimal edilir.
Əyalətin Bicapur şəhərində səsvermə başa çatandan sonra evlərin qayıdan seçki komissiyanın əməkdaşlarını daşıyan avtobus partladılıb. Olay nəticəsində 7 nəfər həlak olub, 4 nəfər yaralanıb.
Ştatın cənubunda seçkinin təhlükəsizliyini təmin edən 5 nəfər isə partlayış nəticəsində həlak olub.
Maoçu – qiyamçılar Hindistanın mərkəz və şərq bölgələrində 40 ildən artıqdır fəaliyyət göstərir. Onlar kommunist dövlətin qurulmasını, eləcə də kasıblar üçün iş yerləri və torpaq tələb edirlər.
Xatırladaq ki, dünya tarixində ilk dəfə Hindistanda iri miqyaslı parlament seçkiləri keçirilir.