Nyu-Yorkda, Manhettenin şimal hissəsində sökülməkdə olan bina qismən uçub.
APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, bədbəxt hadisə nəticəsində 1 inşaat işçisi xəsarət alıb.
Onun ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilir. İnsident zamanı yaxınlıqdakı məktəb avtobusuna da ziyan dəyib. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.