Malinin Sevar şəhərində naməlum silahlıların hotelə hücumu nəticəsində 4-ü hərbçi olmaqla 7 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 2 silahlının məhv edildiyi bildirilir.
Hazırda hotel yerləşən ərazi hərbçilər tərəfindən əhatəyə alınıb. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.