Malidə hoteldə 27 nəfərin meyiti aşkarlandı
20 noyabr 2015 22:46 (UTC +04:00)

Malidə hoteldə 27 nəfərin meyiti aşkarlandı

0

Malinin paytaxtı Bamakoda “Radisson Blu” hotelində 27 nəfərin meyiti aşkarlanıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkədəki BMT sülhməramlıları bildirib.

 

Hazırda hoteldə axtarış aparılır. Ölənlərin sayı dəqiqləşdirilir.

 

AFP agentliyinin məlumatına görə, hotelə hücumda iştirak edən 2 terrorçu məhv edilib.

 

Qeyd edək ki, terrorçular tərəfindən ümumilikdə 170 nəfər girov götürülüb, onlardan bir hissəsi sərbəst buraxılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 419

Oxşar yazılar