Malidə fövqəladə vəziyyət rejimi tətbiq edildi
21 noyabr 2015 04:33 (UTC +04:00)

Malidə fövqəladə vəziyyət rejimi tətbiq edildi

0

Malinin prezidenti İbrahim Bubakar Keyta paytaxt Bamakoda hotelə hücumla əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, fövqəladə vəziyyət yerli vaxtla saat 00:00-dan qüvvəyə minib.

 

Dövlət başçısı həmçinin terror qurbanlarının xatirəsinə üçgünlük matəm elan edib.

 

Xatırladaq ki, noyabrın 20-də Malinin paytaxtı Bamakoda “Radisson” hotelində terrorçular tərəfindən ümumilikdə 170 nəfər girov götürülüb. Hücum nəticəsində müxtəlif məlumatlara əsasən 30-a yaxın insan həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar