Martın 8-də itən təyyarənin axtarışı ilə bağlı Malayziya hakimiyyəti axtarış işlərini genişləndirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, itən təyyarənin axtarışına çeşidli dövlətlərin təyyarələri, gəmiləri də cəlb edilib.
Hələlik onun izi müəyyənləşməyib.
Xatırladaq ki, Malayziyanın paytaxtı Kuala-Lumpurdan Pekinə uçan təyyarədə 227 sərnişin və 12 nəfərlik heyət üzvü olub.
Malayziya hakimiyyəti bildirib ki, sərnişinlərin 2-sin pasportu saxta olub. Onlar təyyarəyə minərkən oğurluq pasport təqdim ediblər. Onlardan birinin şəxsiyyət müəyyənləşib.
«Fayneşnəl tayms»ın yazdığına görə, həmin iki bileti İran vətəndaşı sifariş verib. «Grand Horizon» turist bürosunun yiyəsi deyib ki, bu biletlər Tehrandan olan «cənab Əli»-nin adına sifariş edilib. Agentlik sahibinin sözlərinə əsasən, o, 3 ilə yaxındır onların müştərisidir. Təyyarə itəndən bəri «cənab Əli»-nin telefonu cavab vermir.
Turist agentliyi bildirib ki, «cənab Əli» martın 1-də Avropaya iki ucuz bilet axtarırmış. Onun üçün «Qatar Airways» və «Etihad» hava şirkətlərinin uçuş reysinə iki bilet sifariş edilsə də sərnişinlər gəlib, çıxmayıblar.