Malayziya sahillərində indoneziyalı qanunsuz miqrantları olduğu ehtimal edilən qayıq batıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, nəticədə azı 8 nəfər ölüb, 28 nəfər itkin düşmüş hesab olunur.
Qayıq Batinq şəhərinin sahillərindən 3 km aralı, Malakka boğazında batıb.
Hadisə yerində əməliyyat-axtarış tədbirləri görülür. Xilas olanlar polisə ifadə verib.
Xilas edilmiş 60 nəfəri sorğu-sual edib.