Malayziya baş nazirinin itən sərnişin təyyarəsi ilə bağlı açıqlaması
24 mart 2014 19:12 (UTC +04:00)

Malayziya baş nazirinin itən sərnişin təyyarəsi ilə bağlı açıqlaması

0

Bu gün Malayziya baş naziri Necip Rezak martın 8-də radarlardan itən sərnişin təyyarəsinin Hind okeanının cənubunda qəzaya uğradığını açıqlayıb.

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, N. Rezak “Malayziya Hava Yolları” şirkətinə məxsus təyyarədəki 239 sərnişinin hamısının həyatını itirdiyini bildirib.

 

Malayziya baş naziri təyyarənin aqibəti ilə bağlı məlumatı İngiltərənin “Inmarsat” peyk şirkəti və İngiltərə Hava Qəza Araşdırmaları Mərkəzindən əldə etdiklərini qeyd edib. Qurbanların ailələrinə göndərilən mesajda da yazılıb ki, Malayziya hökuməti təyyarənin Hind okeanının cənubunda düşdüyünü göstərən dəlilləri qəbul etmək məcburiyyətindədir, sərnişinlərdən heç biri sağ qalmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2204

Oxşar yazılar