Makedoniya qaçqınlara görə fövqəladə vəziyyət elan etdi
20 avqust 2015 20:41 (UTC +04:00)

Makedoniya qaçqınlara görə fövqəladə vəziyyət elan etdi

Makedoniya hökuməti qonşu Yunanıstandan böyük qaçqın axını ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, Makedoniya hökumətinin yaydığı bəyanatda bildirilir ki, Yunanıstan ərazisindən insan axını kütləvi hal alıb.

 

Bununla bağlı Makedoniya hökuməti Yunanıstanla həmsərhəd bölgəsinə nəzarətin gücləndirilməsi üçün hərbçilərin cəlb ediləcəyini  bildirib.

 

Qeyd edək ki, bu yaxınlarda rəsmi Skopye qeyri-qanuni miqrantların axını ilə bağlı Avropa İttifaqından əlavə yardım istəmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438

Oxşar yazılar