Makedoniyada hökumət binası atəşə tutuldu
30 oktyabr 2014 02:55 (UTC +04:00)

Makedoniyada hökumət binası atəşə tutuldu

0

Oktyabrın 28-də Skopye şəhərinin mərkəzində Makedoniyanın hökumət binası atəşə tutulub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Makedoniyanın daxili işlər naziri Qordana Yankulovska bəyan edib.

 

Onun sözlərinə görə, binaya  iki mərmi buraxılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, binaya cüzi ziyan dəyib. Yaxınlıqda yaşayan sakinlər partlayış səsini eşitdiklərini bildiriblər. Polis hadisə ilə əlaqədar araşdırma aparır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 752

Oxşar yazılar