Aprelin 13-də Makedoniyada prezident seçkisi keçiriləcək. Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu ölkə tarixində beşinci prezident seçkisi olacaq.
Prezidentlik uğrunda Makedoniyanın Milli Birliyi uğrunda Demokratik Partiyasından Gyorge İvanov, müxalifətdən olan Sosial – Demokratik Birliyin namizədi Stevo Pendarovski, habelə Albanların Demokratik Partiyasından İlyaz Halimi, “Qrom” Demokratik Vətəndaş Hərəkatından Zoran Popovsk mübarizə aparır.
Mütəxəssislər bildirib ki, bu kampaniya ölkəyə 4 milyon avroya başa gələcək.Seçkidə Gyorge İvanovun qalib gələcəyi ehtimal olunur.
Bu siyasi kampaniyanı 8,3 min yerli və 326 beynəlxalq müşahidəçi izləyəcək.
Qeyd edək ki, Makedoniyadakı seçkidə 1,780 milyon seçici səs verəcək.