Fələstinin dövlət başçısı Mahmud Abbas İsraili genosid törətməkdə günahlandırıb.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Fələstin lideri Nyu-Yorkda, BMT Baş Assambleyasındakı çıxışında bəyan edib.Onun sözlərinə görə, İsrailin Qəzza zolağında törətdiyi hərbi cinayətlər cəzasız qalmamalıdır.
ABŞ və İsrail Mahmud Abbası tənqid təşinə tutublar. İsrailin xarici işlər naziri Aviqdor Liberman onun dediklərini uydurma adlandırıb. Qeyd edək ki, Qəzza zolağında 50 gün davam edən münaqişə zamanı 2 000 fələstinli və 73 İsrail vətəndaşı həlak olub.