Mafiya ilə əlaqəli 44 nəfər həbs edildi
04 iyun 2015 21:21 (UTC +04:00)

Mafiya ilə əlaqəli 44 nəfər həbs edildi

İtaliya hərbi polisinin xüsusi bölməsi mafiyaya qarşı mübarizə çərçivəsində xüsusi əməliyyat keçirib.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində 44 nəfər həbs edilib. Əməliyyat iyunun 4-ü səhər saatlarında, Roma, Rieti, Frozinon, Akvlia, Kataniya və Enna vilayətlərində keçirilib.

 

 

Həbs olunanlar arasında İtaliyanın sabiq baş naziri Silvio Berluskoni rəhbəri olduğu “İrəli, İtaliya” partiyasının müşaviri Luka Qramadzio da var. O, mafiya ilə əlaqədə, rüşvətxorluqda, saxta bank hesablarına sahib olmaqda, qiymətli kağızların qeyri-qanuni mübadiləsində və s. cinayət əməllərini törətməkdə təqsirləndirilir.

 

 

Hüquq-mühafizə orqanları hazırda daha 21 şübhəli şəxsin axtarışı üzrə əməliyyatları davam etdirir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204

Oxşar yazılar