ABŞ-da narkotik vasitələrin qaçaqmalçılığı ittihamı ilə həbs edilən Venesuelanın birinci xanımı Siliya Floresin qardaşı uşaqlarının günahsız olduqları sübuta yetirilib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, noyabrda Haitidə saxlanılan 30 yaşlı Franki Fransisko Flores de Freytas və 29 yaşlı Efrain Antonio Kampo Flores Manxetten rayon məhkəməsi qarşısına çıxarılıblar.
“Wall Street Journal” nəşrinin məlumatına görə, Venesuela prezidenti Nikolas Maduronun qohumları 800 kq kokain ABŞ-a keçirmək məqsədilə sövdələşməyə girməkdə ittiham olunublar.