Macarıstanda qaçqınlara qarşı gözyaşardıcı qazdan istifadə edildi
09 sentyabr 2015 06:37 (UTC +04:00)

Macarıstanda qaçqınlara qarşı gözyaşardıcı qazdan istifadə edildi

0

Macarıstan polisi qaçqınlara qarşı gözyaşardıcı qazdan istifadə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident polis əməkdaşları yüzlərlə qaçqını miqrasiya düşərgəsinə yollanan avtobuslara mindirmək məqsədilə güc tətbiq etməyə başlayıb. Düşərgəyə getmək istəməyən miqrantlar polisə müqavimət göstərib, nəticədə qarşıdurma olub və polis  gözyaşardıcı qazdan istifadə edib.

 

Qeyd edək ki, bundan əvvəl verilən məlumatda Macarıstan xüsusi xidmət orqanları qaçqınlar arasında iki terrorçunun aşkarlandığını bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar