Macarıstanda qaçqın düşərgəsində iğtişaş
29 iyun 2015 23:17 (UTC +04:00)

Macarıstanda qaçqın düşərgəsində iğtişaş

Macarıstan polisi Debretsen şəhərindəki qaçqın düşərgəsində iğtişaşları dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Delmagyar nəşri məlumat yayıb.  

 

Məlumata görə, 100-dək miqrant bu gün düşərgənin yanından avtomobilləri daş-qalaq edib və zibil qutularını yandırıb.  

 

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban bundan əvvəl bəyan edib ki, Yunanıstan və İtaliya yox, məhz  onun ölkəsi qaçqın axınına məruz qalıb. Məlumata görə, ilin əvvəlindən ölkəyə 60 mindən çox afrikalı miqrant daxil olub. Qanunsuz miqrantların əksəriyyəti  Macarıstanın ərazisindən daha çox yardımların verildiyi Avstriya və ya Almaniyaya getmək üçün istifadə etməyə çalışır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388

Oxşar yazılar