Macarıstana miqrant axınının qarşısını ordu alacaq
04 sentyabr 2015 02:21 (UTC +04:00)

Macarıstana miqrant axınının qarşısını ordu alacaq

0

Macarıstanın baş naziri Viktor Orban sentyabrın 15-dən dövlət sərhədini miqrantlardan qorumaq üçün ordunun cəlb olunacağını bildirib.  APA-nın verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumat yayıb.

 

“Sentyabrın 15-dən Macarıstanda sərhəd nəzarətinin yeni sistemi tətbiq ediləcək. Parlament bu gün lazımi qanunları qəbul edəcək. Biz qanunlara və Cinayət Məcəlləsinə dəyişikliklər edəcəyik, həmçinin ordunu sərhədlərin mühafizəsinə cəlb edəcəyik”, deyə o bildirib.

 

Orban bu bəyanatı Avrokomissiyanın rəhbəri Jan Klod Yunkerlə danışıqlardan sonra verib.

 

Bundan əvvəl Almaniya qatarlarının Budapeştə hərəkətinin dayandırılacağı barədə məlumat yayılıb.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 413

Oxşar yazılar