Macarıstan Xorvatiya ilə sərhədini bağlayır
16 oktyabr 2015 21:10 (UTC +04:00)

Macarıstan Xorvatiya ilə sərhədini bağlayır

Macarıstan hökuməti oktyabrın 16-dan Xorvatiya ilə sərhədini bağlayır.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto bəyan edib.

 

Onun sözlərinə görə, müvafiq qərar ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında qəbul edilib. Macarıstan artıq qərarla bağlı Xorvatiya, Sloveniya, Polşa, Slovakiya, Avstriya və Almaniya hökumətlərini məlumatlandırıb.

 

Məlumata əsasən, sərhəddə iki tranzit zonası yaradılacaq. Burada miqrantlar qaçqın qismində sığınacaq almaq üçün ərizə verə biləcəklər. 

# 96
avatar

Oxşar yazılar