Macarıstan miqrant axınına görə ehtiyatda olanları orduya çağırdı
20 sentyabr 2015 01:18 (UTC +04:00)

Macarıstan miqrant axınına görə ehtiyatda olanları orduya çağırdı

0

Macarıstanın Müdafiə Nazirliyi könüllü əsasda ehtiyatda olan hərbçiləri orduya çağırılıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumat yayıb.

 

Macarıstanın yeni müdafiə naziri İştvan Şimiçko qeyd edib ki, ehtiyatda olanlar, ilk növbədə, yerlərdəki qarnizonlardan ölkənin sərhədlərinə göndərilən hərbçilərin yerini tutacaqlar.  

 

Qeyd edək ki, bundan əvvəl Macarıstanın hüquq-mühafizə qurumlarının əməkdaşları Xorvatiyadan gəlmiş miqranlarla dolu qatarı saxlayıb. Həmçinin 40 xorvatiyalı polis əməkdaşının da saxlanıldığı bildirilir. Xorvatiyanın rəsmi qurumları məlumatı təkzib edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar