Rusiya mətbuatında ölkə prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Putinanın ikinci dəfə ailə həyatı qurması haqda məlumatlar yayılıb.
Bu barədə Oxu.Az Tatler.ru-ya istinadən xəbər verir.
“Məlum olub ki, Rusiyanın keçmiş birinci xanımı digər soyadı daşıyır - Oçeretnaya (bu soyadla şəxsiyyət vəsiqəsini Lyudmila Aleksandrovna Federal Miqrasiya xidmətinin Moskva şəhər idarəsindən 2015-ci ilin fevralın 2-də alıb)”.
Nəşrin həmçinin onun ailə qurduğu təxmin edilən kişinin də adını açıqlayıb - 37 yaşlı Artur Oçeretnıy Lyudmilanın himayəlik etdiyi Şəxslərarası ünsiyyətin inkişaf mərkəzinə rəhbərlin edir.
“Təsadüf? Əlbəttə ki, heç kim belə düşünmür”, - nəşr qeyd edir.