Bu yaxınlarda lüt şəkilləri ilə sosial mediada yayılan məşhur aktrisa Cenifer Lourens özünə Los-Ancelsdə 8 milyon dollara villa alıb. Lent.az-ın məlumatına görə, 1991-ci ildə arxitektor Reyçel Eşvelin layihəsi tərəfindən tikilən ev daha əvvəllər prodüsser Sidni Hollanda, daha sonralar müğənni-aktrisa Cessika Simpsona məxsus olub.
Fransız stilində tikilən evin 5 yataq və vanna otağı olub. Lakin S. Hollanda otaqlardan birini özünə qarderob, digərini isə qonaq otağı edib. Həmçinin, villanın böyük mətbəxi, kinozalı və yemək otağı var. İki mərtəbəli villanın ümumi sahəsi 1.6 min kvadrat metrdir.