Luqanskda 8 ukraynalı hərbçi öldürülüb, yaralılar var - YENİLƏNİB
22 may 2014 13:30 (UTC +04:00)

Luqanskda 8 ukraynalı hərbçi öldürülüb, yaralılar var - YENİLƏNİB

Bu gün səhər Ukraynanın şərqindəki Luqansk vilayəti ərazisində keçirilən antiterror əməliyyatında Ukrayna tərəfi ciddi itkilər verib.


 

APA-nın xəbərinə görə, bu barədə özünün “Facebook” səhifəsində Ukraynanın nüfuzlu hərbi eksperti, istefada olan podpolkovnik, Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk yazıb.

 

D. Tımçuk Luqansk vilayətinin Rubejnoye və Volnovaxa kəndləri yaxınlığında Ukrayna hərbçiləri ilə bir qrup terrorçu arasında toqquşma baş verdiyini yazıb. O, Volnovaxa ətrafında 8 Ukrayna hərbçisinin həlak olduğunu, 18-nin yaralandığını yazıb. Hərbi ekspert bu kəndlərin terrorçuların əsas mərkəzləri olan Slavyansk və Kramatorsk şəhərlərindən xeyli uzaqda yerləşdiyini söyləyərək antiterror əməliyyatına rəhbərlik edən Ukrayna zabitlərini tənqid edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946
avatar

Oxşar yazılar