Luqansk  separatçılarının komandiri məhv edildi
23 may 2015 23:20 (UTC +04:00)

Luqansk separatçılarının komandiri məhv edildi

Ukraynada Luqansk  separatçılarının “Kabus” briqadasının komandiri Aleksey Mozqovoy daxil olmaqla 7 separatçı naməlum kəşfiyyat-diversiya qrupunun hücumu nəticəsində öldürülüb. APA-nın məlumatına görə,  bu barədə “RİA Novosti”yə separatçıların briqadasından məlumat verilib.    

 

“Mozqovoya hücum  martın 7-də ona sui-qəsdin törədildiyi yerdə baş verib.  Luqansk və briqadanın yerləşdiyi Alçevsk şəhərlərini birləşdirən magistral yolda pusqu qurulub. Naməlum silahlı şəxslər Mozqovoyun və onun mühafizəçilərinin olduğu avtomobilləri atəşə tutublar. Ağır güllə yaraları alan Mozqovoy hadisə yerində keçinib. Onu müşayiət edən şəxslər də yaralanıb”, deyə “Kabus” briqadasının nümayəndəsi bildirib.   

 

Onun sözlərinə görə, hazırda diversantların axtarışı davam edir.

 

 

“İnterfaks” xəbər verir ki, Mozqovoyun  olduğu avtomobil məsafədən idarə olunan partlayıcı qurğu vasitəsi ilə partladıldıqdan sonra pulemyotlardan atəşə tutulub.  

 

 

Qeyd edək ki, martın 7-də bu günkü hadisənin baş verdiyi ərazidə A.Mozqovoyun  olduğu avtomobil məsafədən idarə olunan 3 partlayıcı qurğu vasitəsi ilə partladılıb. O zaman partlayış nəticəsində  Mozqovoy yaralanmışdı.  

 

Bundan əvvəl, yanvarın 1-də, analoji şəraitdə Luqansk separatçılarının digər komandiri,  “Betmen” xüsusi təyinatlı dəstənin başçısı Aleksandr Bednov və onu müşayiət edən 6 silahlı öldürülmüşdü. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar