Lukaşenko seçkilərdəki rəqibini əfv etdi
23 avqust 2015 05:08 (UTC +04:00)

Lukaşenko seçkilərdəki rəqibini əfv etdi

Belarus prezidenti  Aleksandr Lukaşenko prezidentliyə sabiq namizəd Nikolay Statkeviçi və daha 5 müxalifətçini əfv etmək qərarına gəlib. APA-nın “BelTa”ya istinadən verdiyi xəbərə görə, prezident administrasiyasının məlumatında bildirilir ki, Aleksandr Lukaşenko humanizm prinsiplərinə əsaslanaraq, Nikolay Dedok, İqor Olineviç, Nikolay Statkeviç, Yevgeni Vaskoviç, Aryom Prokopenko və Yuri Rubtsovun həbsxanadan azad olunmasına qərar verib.

 

Qeyd edək ki, 2010-cu ildə Belarusda kütləvi aksiyalarla müşayiət olunan prezident seçkiləri keçirilib. Etirazçılar Minskin mərkəzində MSK-nın yerləşdiyi Hökumət Evini ələ keçirməyə cəhd edib. Aksiya zamanı 700-dən çox etirazçı həbs olunub.

 

Səsvermədən sonra Lukaşenkonun seçkilərdəki 9 rəqibindən 5-i həbs edilərək “kütləvi iğtişaşların təşkili” ittihamı ilə müxtəlif müddətə həbs cəzasına məhkum edilib.     

 

Nikolay Statkeviç  6 il müddətinə ciddi rejimli  həbs cəzasına məhkum edilmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35