Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə neft və qaz yataqlarının olmamasına şübhə ilə yanaşır. APA-nın məlumatına görə, bu barədə “Belta” xəbər verir.
“Rusiyada və digər ölkələrdə bu tip ərazilərdə çoxlu neft, qaz və qiymətli metallar hasil olunur. Bu istənilən ölkənin rifahına və iqtisadiyyatının dayanıqlı olmasına əsas yaradır”, deyə Aleksandr Lukaşenko bildirib.
Aleksandr Lukaşenko təbii sərvətlər naziri Andrey Kovxutonu məruzə ilə qəbul edərkən faydalı qazıntıların kəşfiyyatını aktivləşdirməyə çağırıb.
Lukaşenko bu məsələnin əvvəllər də qaldırıldığını qeyd edərək, hökumətin əvvəlki tərkibinin və sabiq baş nazirin bu vəzifənin öhdəsindən bacarmadığını bildirib.
Prezidentin sözlərinə görə, yeraltı faydalı qazıntılar ilə zəngin Latın Amerikası və Afrikanın Venesuela, Zimbabve və s. kimi ölkələr Belarusa əməkdaşlıq təklif edirlər.
“Yeraltı sərvətlərin ciddi öyrənilməsinə dair tədbirlər planını siz mənim masama qoymalısınız”, deyə prezident nazirdən tələb edib və bu məsələlərin xüsusi nəzarətdə saxlayacağını bildirib.