Lukaşenko: «Bizi də «dişlərinə vuracaqlar»
01 aprel 2014 07:15 (UTC +04:00)

Lukaşenko: «Bizi də «dişlərinə vuracaqlar»

Belarusun prezidenti Aleksandr Lukaşenko bildirib ki, 2015-ci ildə keçiriləcək prezident seçkisi ölkəsi üçün sınaq olacaq.

 

Lent.az-ın “interfaks”-a istinadən məlumatına görə, o, Minskdə Belarusun aparıcı elm xadimləri ilə keçirdiyi görüşdə deyib: «Tezliklə biz də imtahan verəcəyik. O vaxtadək Ukraynada olaylar sakitləşər.Bizi də dişlərinə vurmağa cəhd göstərəcəklər».

 

O, bildirb ki, səsvermədə iştirak edənlərin  sayı ötən ilki  bələdiyyə seçkilərindəkindən çox olacağını gözləyir: «Biz duruş gətirməliyik».

 

Xatırladaq ki, 2015-ci il noyabrın 20-də Belarusda prezident seçkisi keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1225
avatar

Oxşar yazılar