Lukaşenko: “Avroasiya birliyinin yaradılması təxirə salınmalıdır”
30 aprel 2014 07:44 (UTC +04:00)

Lukaşenko: “Avroasiya birliyinin yaradılması təxirə salınmalıdır”

Belarus prezidenti Aleksandr Lukaşenko Avroasiya İqtisadi Birliyin (AİB) formalaşdırılmasının təxirə salınmasını təklif edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, aprelin 29-da Avroasiya İqtisadi Şurasının Minskdə keçirilən iclasında o, bu açıqlama ilə çıxış edib.

 

Belarus lideri bildirib ki, danışıqlar zamanı onun bir sıra sualları meydana çıxıb.

 

“Razılaşmaların 10 ildən sonra 2025-i ildə həyata keçirilməsi çox qəribə səslənir. Əgər biz bu tədbirləri indi görməyə hazır deyiliksə, o zaman indidən bunu etiraf etməliyik”-deyə, o, vurğulayıb.

 

 

A.Lukaşenko xatırladıb ki, AİB-in yaradılması haqda müqavilələrin imzalanmasına çox az vaxt qalıb, “fikir ayrılığı olan çox saylı suallar yaranıb və onların sayı çəkindiricidir”.

 

 

Rusiya prezidenti öz növbəsində əminliklə bildirib ki, Rusiya, Qazaxıstan və Belarus birliyin yaradılması ilə bağlı kompromis tapa bilər.

 

Xatırladaq ki, aprelin 29-da Minskdə keçirilən toplantıda V.Putinlə yanaşı Qazaxıstanın prezidenti Nursultan Nazarbayev də iştirak edib.

 

Məlumata əsasən, AİB-in yaradılması haqda müqavilə 2015-ci il yanvarın 1-də imzalanmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1243
avatar

Oxşar yazılar