Lotereyada 40 milyon dollar uddu
09 avqust 2015 03:29 (UTC +04:00)

Lotereyada 40 milyon dollar uddu

0

Kanadanın Alberta bölgəsində  naməlum şəxs populyar milli “Lotto Max” lotereyasında 50 mln Kanada dolları (40 mln ABŞ dolları)  udub. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə lotereya təşkilatçılarının açıqlamasında bildirilir.  

 

 “Uduşu təmin edən 7 rəqəm bunlardır:   5, 13, 20, 37, 39, 40 və 41. Uduşlu bilet təqdim edildikdən sonra onun sahibinin kimliyi məlum olacaq”, deyə şirkət nümayəndəsi bildirib.

 

Əhali arasında populyar olan və “cek-pot”unun 50 mln-dək Kanada dolları təşkil edən “Lotto Max” lotereyası Kanadada 2009-cu ildən oynanılır. Uduşu əldə etmək üçün 1-dən 49-dək yeddi əsas rəqəmi doğru qeyd etmək gərəkdir. Bundan başqa, 6-7 ikincidərəcəli mükafatlar da oynanılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar