Los Ancelesdə bomba həyəcanı yalan çıxdı
16 dekabr 2015 05:54 (UTC +04:00)

Los Ancelesdə bomba həyəcanı yalan çıxdı

Los Ancelesdə 1000-dək məktəbin bağlanmasına səbəb olmuş partlayış təhlükəsi təsdiqlənməyib. APA-nın məlumatına görə, bu barədə “Reuters” yerli məmurlara istinadən məlumat yayıb.

 

Bundan əvvəl Los Ancelesdə partlayış təhlükəsi ilə əlaqədar 1000-dən çox məktəbin bağlandığı barədə məlumat verilmişdi.  

 

Məlumata görə, “Reuters”in məlumatına görə, partlayış təhdidi Almaniyaya məxsus elektron ünvandan (e-mail Frankfurtda qeydə alınıb) gəlib.     

 

Partlayış təhdidi Regional Şuranın üzvünə ünvanlanıb, məlumatın mənbəyi artıq müəyyən edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar