Həftəlik “The New Statesman” qəzeti bildirib ki, Britaniya paytaxtının sakinləri Londonu ən “bədbəxt şəhər” sayıblar.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, Avropa Birliyinin Komissiyası yanında fəaliyyət göstərən “Urban Audit” sosioloji agentlik bu qərar gəlib.
Agentlik Avropa şəhərləri arasında “cəzbedicilik” və “yaşayış səviyyəsini ” araşdırıb.
Sorğu zaman sosioloqlar Britaniyanın çeşidli şəhərlərinin sakinlərindən səhiyyədə xidmətindən tutmuş, istirahət guşələrini əhatə edən sahələr üzrə suallar veriblər.
Bu sahələrdən ən çox narazılıq edən London əhalisi olub. Paytaxt sakinləri başqa britaniyalılarla müqayisədə təhsil, səhiyyə, ətraf mühitin qorunması, idmanla məşğul olmaq üçün ayrılan yerlərdən, mənzil kirayəsindən şikayətləniblər.
Londonlular ölkənin başqa şəhərlərinin sakinlərinə nisbətən özlərini təhlükəsiz saymırlar. Rəyi soruşulan paytaxt əhalisi yalnız şəhərin ictimai nəqliyyatından razılıq ediblər.
Sorğunun nəticələrinə əsasən, ən xoşbəxt britaniyalılar isə Uels paytaxtı Kardiffin sakinləridir.