“Bibiliya” Cəmiyyəti üzvlərinin Londonun kiçik sakinlərinə İonun tarixi haqda danışmaq cəhdləri boşa çıxıb. Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, “Deyli Meil” bildirib ki, onlar kral parklarından birində 15 metrlik üfürülmüş balinanın modeli quraşdırmaq istəsələr də, buna uyğun qurumlar tərəfindən rədd cavabı alıblar.
Londondakı kral parklarından birinin müdiriyyətinin təmsilçisi bildirib ki, parkın ərazisində kollektiv dini aktların keçirilməsi və istənilən dini ayinin icrası qadağandır.
Cəmiyyət nümayəndələri park rəhbərliyinin hərəkətini diskriminasiya kimi dəyərləndiriblər. Bir müddət öncə onlar şəhərin Tauer körpüsü yaxınlığında da balinanı yerləşdirmək istəyiblər.
“Bibliya” cəmiyyətinin təmsilçiləri bildirib ki, yaşından asılı olmayaraq, İncil haqqında bilmək hər bir vətəndaşın haqqıdır.