London –Moskva reysi ilə uçan təyyarəni ildırım vurub
10 iyun 2014 22:20 (UTC +04:00)

London –Moskva reysi ilə uçan təyyarəni ildırım vurub

Londondan Moskvaya uçan təyyarəni ildırım vurub. Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, təyyarə Britaniyanın “British Airways” hava şirkətinə mənsubdur.  

 

Məlumata əsasən, təyyarəni ildırım vursa da, o, Moskvanın “Domodedovo” hava limanına enə bilib. Uçuş zamanı sərnişinlərə xidmət göstərilib.

 

Mənbə bildirib ki, təyyarənin gələcək istismarı ilə bağlı texniki baxış keçirilir. Yaxın zamanda hava şirkəti reysin uçuş vaxtı ilə bağlı qərar qəbul edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1380

Oxşar yazılar