London “Airbus A321-in partladıldığını istisna etmir
05 noyabr 2015 02:50 (UTC +04:00)

London “Airbus A321-in partladıldığını istisna etmir

0
Böyük Britaniyanın baş nazirinin dəftərxanası Rusiyaya məxsus “Airbus A321” sərnişin təyyarəsinin  göyərtəsində partlayıcı qurğunun işə salınmasını istisna etmir.  APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın baş nazirinin mətbuat xidmətinin məlumatında bildirilir.  

 

Buna baxmayaraq,  London istintaq bitməmiş qəzanın səbəblərinə dair hər-hansı nəticə çıxarmağa tələsməməyə çağırıb.

 

Məlumatda həmçinin, Britaniyanın Sinay yarımadası üzərindən uçuşları müvəqqəti dayandırılmasına dair qərar verdiyi bildirilir.  Ekspertlərin uçuşların təhlükəsiz olmasını yoxlamaq üçün Şarm əl Şeyxdən Britaniyaya hava reysləri də müvəqqəti dayandırılıb.    

 

Qeyd edək ki, oktyabrın 31-də Şarm əl Şeyx – Sankt Peterburq marşrutu ilə uçan “Airbus A321” təyyarəsinin qəzaya uğraması nəticəsində 224 nəfər ölüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 431

Oxşar yazılar