Liviyanın şərqində ölkə kəşfiyyat idarəsinin başçısı öldürülüb. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, polkovnik İbrahim əl - Senussi Akil Benqazidə öz maşınında güllələnib.
Mənbə xatırladıb ki, bu ilin yanvarında Liviya sənaye nazirinin müavini Həsən əl-Duri qətlə yetirilib.