Liviyada toqquşma: 14 ölü
18 oktyabr 2014 03:11 (UTC +04:00)

Liviyada toqquşma: 14 ölü

0

Liviyanın Benqazi şəhərində hökumət qoşunları və islamçı qruplaşmaların silahlı dəstələri arasında baş verən toqquşmalarda ən azı 14 nəfər ölüb, 24-ə yaxını müxtəlif dərəcəli xəsarət alıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərdə vəziyyət gərgin olaraq qalır.

 

Üsyançı general Xəlif  Haftarın tərəfdarları zirehli texnika və aviasiyadan istifadə edərək radikal islamçıların mövqelərinə hücumu davam etdirirlər. Benqazinin küçələrində xeyli sayda yaralının olduğu bildirilir. Həkimlər hərbi əməliyyatların günü-gündən intensivləşməsi və döyüşlər gedən ərazilərə keçməyin mümkünsüzlüyünü nəzərə alaraq yaxın zamanlarda ölənlərin sayının artacağını istisna etmirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 669

Oxşar yazılar