Liviyada dinc nümayiş atəşə tutuldu: 6 ölü, 35 yaralı
24 oktyabr 2015 05:44 (UTC +04:00)

Liviyada dinc nümayiş atəşə tutuldu: 6 ölü, 35 yaralı

0

Liviyanın Benqazı şəhərində keçirilən nümayişin iştirakçıları qumbaraatanlardan atəşə tutulub.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, nəticədə 6 nəfər ölüb, azı 35 nəfər yaralanıb.

 

Yerli polis atəşin islamçıların nəzarəti altında olan ərazidən açıldığını bildirib. Məlumata əsasən, yüzlərlə insan BMT-nin təklif etdiyi sülh planına etiraz olaraq küçəyə çıxıb.

 

Son il ərzində Benqazidə dəfələrlə hərbçilər və müxtəlif radikal qruplaşmalar arasında silahlı toqquşmalar baş verib.

 

Qeyd edək ki, oktyabrın 19-da Liviyanın  beynəlxalq səviyyədə tanınan parlamenti BMT-nin milli birlik hökumətinə dair təklifini rədd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 418

Oxşar yazılar