Misir Xarici İşlər Nazirliyinin məmuru bildirib ki, Liviyada silahlılar 70 misirlini girov götürüb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, məmur bildirib ki, hərbi geyimli həmin yaraqlılar misirliləri Liviyanın paytaxtı Tripolidəki mənzillərindən aparıblar.
Onun sözlərinə əsasən, Misirin Xarici İşlər Nazirliyi girovların azad edilməsi yönündə liviyalı həmkarları ilə sıx təmas saxlayırlar.
Mənbə xatırladıb ki, bu ilin yanvarında 6 misirli diplomat Tripolidə oğurlanmışdı. Bir neçə gündən sonra onlar sərbəst buraxıldı.