APA TV-nin məlumatına görə, silahlılar hava limanını tam nəzarətə götürüblər, aeroport yaxınlığındakı strateji "Ən Nəqliyyə" düşərgəsini də tutublar.
Tripoli hava limanı ətrafında döyüşlər ötən aydan davam edirdi. Avqustun 13-dən aeroport fəaliyyətini dam dayandırmışdı.
Liviya parlamenti mülki əhalinin qorunması üçün BMT Təhlükəsizlik Şurasına müracuət edib. Millət vəkillərindən biri deyib ki, müraciət BMT-yə çatsa da, bununla bağlı qərarın nə vaxt veriləcəyi hələlik məlum deyil.
Qeyd edək ki, Liviya parlamenti avqustun 13-də keçirilən toplantıda dövlət qurumlarının və mülki əhalinin qorunması üçün beynəlxalq müdaxilə təklifini səsverməyə çıxarmışdı. 124 millət vəkilindən 111-i beynəlxalq müdaxilənin lehinə səs vermişdi.