Liviya parlamentini silahlılar ələ keçirib
19 may 2014 20:19 (UTC +04:00)

Liviya parlamentini silahlılar ələ keçirib

0

Mayın 19-da Liviya silahlı qarşıdurma davam edib. Lent.az-ın “Alman dalğası”na istinadən məlumatına görə, naməlum silahlılar ölkə paytaxtı Tripolidə ölkə parlamentinin binası hücum edərək, onu ələ keçirib.

 

Atışma nəticəsində 2 nəfər həlak olub, 55 nəfər isə yaralanıb.

 

Mənbə bildirib ki, hərbi paytaxt küçələrindəki döyüşləri general Xəlifə Xəftarın tərəfdarları başlayıb. O, islamçı sayılan yaraqlılara qarşı savaş elan edib.

 

Parlamentin binasını ələ keçirən silahlılar islamçı sayınla qüvvələri məhv edəcəklərini və parlamentdə onları dəstəkləyənləri cəzalandıracaqlarını bildiriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 669

Oxşar yazılar