Liviya parlamenti BMT-nin təklifini rədd etdi
20 oktyabr 2015 02:21 (UTC +04:00)

Liviya parlamenti BMT-nin təklifini rədd etdi

0

Liviyanın  beynəlxalq səviyyədə tanınan parlamenti BMT-nin milli birlik hökumətinə dair təklifini rədd edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu parlamentin nümayəndəsi Əli Tekbali bəyan edib.

 

“Deputatların əksəriyyəti BMT-nin təklifini qəbul etməyiblər”, deyə Ə.Tekbalı bildirib. Eyni zamanda, Liviyanın  beynəlxalq səviyyədə tanınan parlamenti bəyan edib ki, BMT-nin himayəsi altında sülh prosesində iştirakını davam etdirməyə hazırdır.

 

Qeyd edək ki, oktyabrın 9-da BMT-nin xüsusi elçisi Bernardino Leon Fayez Sərracın başçılığı ilə milli birlik hökumətinə namizədlərin siyahısını razılaşdırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar