Livan-Suriya sərhədində şiddətli döyüş
24 yanvar 2015 05:48 (UTC +04:00)

Livan-Suriya sərhədində şiddətli döyüş

0

Livan-Suriya sərhədində silahlılarla baş vermiş toqquşmalarda 5 livanlı hərbçi həlak olub. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, ötən gün Livan hərbçiləri silahlıların Suriya ilə həmsərhəd Ras Bəlbek şəhəri yaxınlığında yerləşən ordu zastavasına hücumunu dəf edib. Livan ordusunun nümayəndələri döyüş zamanı çoxlu sayda silahlının məhv edildiyini bildiriblər, lakin öldürülən silahlıların sayı açıqlanmayıb.  Toqquşmalarda 5 livanlı hərbçinin həlak olduğu bildirilir. Məlumata görə, şiddətli döyüşlər səhər saatlarından axşamadək  davam edib.    

 

İnsidentin digər təfərrüatları açıqlanmır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 343

Oxşar yazılar