Litvada Rusiyanı təcrid etməyə çağırdı
22 iyun 2015 06:31 (UTC +04:00)

Litvada Rusiyanı təcrid etməyə çağırdı

0

Litvanın xarici işlər naziri Linas Linkyaviçus Rusiyanı siyasi cəhətdən təcrid etməyə çağırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  Linas Linkyaviçus Avstriyanın “Die Presse” nəşrinə müsahibəsində bildirib.   

 

XİN rəhbərinin sözlərinə görə, Moskvaya təzyiq göstərmək üçün elə də çox vasitə yoxdur: “Belə vasitələrdən biri də sanksiyalardır, lakin onları tətbiq etmək kifayət etmir.  

 

“Biz irəli getməyə qərar verdik və bunu etməliyik. Daha bir variant da var – siyasi təcrid və mən anlamıram ki, o niyə istifadə olunmur. Mən bütün təmasların ləğv edilməsini nəzərdə tutmuram, onlardan bəziləri davam etdirilməlidir. Niyə yüksək səviyyəli görüşlər heç bir səbəb olmadan keçirilir və heç bir nəticə vermir? Bu belə təəssürat yaradır ki, işlər adi rejimdə aparılır”, deyə  Linas Linkyaviçus qeyd edib.

 

Bundan əvvəl Rusiya XİN-i Vaşinqtonun Rusiyanı təcrid etmək cəhdlərinin boşa çıxdığını bəyan edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 265

Oxşar yazılar