Litva siyasi partiyalar şurası, hakimiyyətdəki koalisiyanın təmsilçiləri nazir müavinlərinin hamısının istefaya göndərilməsi haqda qərar qəbul edib.
Lent.az-ın “İTAR-TASS»-a istinadən məlumatına görə, nazirlər kabinetinin başçısı Algirdas Butkyaviçus jurnalistlərə açıqlamasında bildirib: “Hökumət öz səlahiyyətlərini prezidentə verən və yeni tərkib formalaşan kimi bütün nazir müavinləri istefa verəcək”.
Onun sözlərinə görə, yeni komandada köhnə müavinlər də təmsil oluna bilər.
Xatırladaq ki, prezident Dalya Qribauskyte bildirib ki, xüsusi xidmət orqanlarında nazir müavinlərindən bəzilərinin korrupsiyada əli olduqlarına dair məlumat var.